17 sentyabr 2019 12:06
1117

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı seminar keçirilib

Sentyabrın 17-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev açıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Əsrin müqaviləsi"nin tarixindən və əhəmiyyətindən danışıb.

Energetika nazirinin müavini Elnur Soltanov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer mövzu ətrafında fikirlərini bölüşüblər.