19 avqust 2019 14:17
519

Beynəlxalq turnirdən 1 qızıl və 3 gümüş medal gətirdilər

İran İslam Respublikasının Ləvəndəbir şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə astaralı idmançılar da qələbə uğrunda mübarizə aparıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beynəlxalq turnirdə astaralı idmançı İbrahim Məmmədov 81 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.

Digər astaralı idmançılar - Şahlar Rzayev 65, Nurlan Əlizadə 60 və Hüseyn Həsənzadə 35 kiloqram çəki dərəcələrində ikinci yeri tutaraq gümüş medala layiq görülüblər.