06 avqust 2020 14:59
909

Beyrutda ölən ermənilərin sayı 11-ə çatıb, 250-si yaralanıb

Livanın paytaxtı Beyrutda baş verən partlayışda ölən ermənilərin sayı artıb.

Erməni icması bildirir ki, artıq ölən ermənilərin sayı 11 nəfərə çatıb.

Ölən ermənilərin adı da açıqlanıb. Bununla yanaşı, partlayışda 250 erməninin yaralandığı da bildirilir.

Qeyd edək ki, avqustun 4-də Beyrut limanında şiddətli partlayış baş verib. Limandakı anbarda saxlanılan ammiak turşusunun partlaması nəticəsində 137 nəfər ölüb, 4 mindən çox insan yaralanıb. Paytaxta ciddi ziyan dəyib, evlər, avtomobillər dağılıb. //APA