05 noyabr 2019 15:35
82

Biləsuvarda imzatoplama kampaniyasında fəallıq

Dekabrın 23-də keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası namizədlərin imzatoplama kompaniyasına start verib.

Artıq bu gü səhər saatlarından başlayaraq şəhər və rayon təşkilatları namizədlərin imzatoplamasına aktiv şəkildə başlayıb. Belə rayonlardan biri də YAP Biləsuvar rayon təşkilatıdır. Rayon təşkilatından verilən məlumata görə, ümumilikdə 23 bələdiyyə üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş 219 nəfər partiya üzvü bu kompaniyada  fəal iştirak edir. Uğurla davam edən imzatoplama kampaniyası ayın 6-da başa çatacaq.

Taleh Bağıov, “İki sahil”