08 avqust 2019 18:14
188

Biləsuvarda qanunsuz ov edən üç nəfər saxlanılıb

Masallı rayon sakinləri İ.Manafov, A.Abdullayev və V.Bayramov Biləsuvar rayonunun Muğankənd kəndi ərazisində qanunsuz ov etdikləri üçün polis əməkdaşları tərəfindən saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, onlardan müvafiq sənədləri olan 3 ov tüfəngi, 218 patron, 2 patrondaş, 1 bıçaq və ovlanmış 12 quş götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.