27 yanvar 2020 21:04
1224

Bill Qeyts koronovirusla mübarizəyə 10 milyon dollar ayırıb

“Microsoft” kompaniyasının qurucusu Bill Qeyts və həyat yoldaşının xeyriyyə fondu yeni növ koronavirusun Çində və Afrika ölkələrində yayılmasının qarşısının alınmasına 10 milyon dollar ayırıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, vəsaitin 5 milyon dolları Çində, 5 milyon dolları isə Afrika ölkələrində virusla mübarizəyə sərf olunacaq.