04 fevral 2019 16:00
205

Binanın damından qar kütləsi insanların üstünə düşüb

Türkiyənin Uludağ bölgəsindəki otellərdən birinin damından qar kütləsi insanların üstünə düşüb.

Qar altında qalan vətəndaşları xilas etmək üçün bölgəyə çoxlu sayda xilasedici və təcili yardım briqadaları cəlb edilib.

Qarın altından altı nəfər çıxarılaraq müxtəlif bədən xəsarətləri ilə Bursa xəstəxanasına yerləşdirilib.

Xilasetmə işləri davam edir.

Hadisə ilə bağlı araşdırma aparılır.