19 mart 2020 11:33
783

Binəqədi və Biləcəri qəsəbələrində su olmayacaq

Bakı-Sumqayıt avtomobil yolunun Xırdalan dairəsi ərazisində genişləndirilməsi layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin yenilənməsi ilə əlaqədar 19 mart 2020-ci il tarixində gün ərzində Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.