09 sentyabr 2019 10:42
89

Bir neçə rayonun təbii qaz təchizatı dayandırılıb

Sentyabrın 9-da saat 09:00-dan Qaradağ rayonu, Qobustan qəsəbəsində bir qrup istehlakçının təbii qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, bu müddət ərzində qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq.

Saat 10:00-dan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonunun Zabrat qəsəbəsində, təmir bərpa işlərinin yerinə yetirilməsi ilə əlaqədar isə saat 10:00-dan 16:00-dək Qazax rayonunun bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılacaq. Saat 10:00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsi də təmir işləri həyata keçirdiyindən Xətai rayonunun bir neçə prospekt və küçələrində qaz fasilələrlə veriləcək.