08 iyul 2020 13:46
929

Birləşmiş Ərəb Əmirlikləri neft ixracını artırır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) gələn aydan xam neft ixracını artıracaq.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri avqustda neft ixracını gündəlik 300 min barrel artırmağı planlaşdırır.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri “OPEC+” sazişi ilə yanaşı, neft hasilatını əlavə həcmdə azaldıb. May ayında BƏƏ-nin sutkalıq hasilatı 1 milyon 364 min barrel azalaraq 2 milyon 477 min barrelə enib.