28 yanvar 2021 18:06
777

BMT-nin qiymətləndirmə missiyası Dağlıq Qarabağa göndəriləcək

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağda aktiv işləyir.

“İki sahil”  xəbər verir ki, bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya BMT-nin Bakı və İrəvanla bütün humanitar məsələlərə dair əməkdaşlığını dəstəkləyir.

Zaxarova BMT-nin kompleks qiymətləndirmə missiyasının Dağlıq Qarabağa göndərilməsi ilə bağlı iş aparıldığını da qeyd edib.