14 avqust 2020 14:06
877

BNA: Bir həftədə 8 milyondan çox sərnişin daşınıb

Bu həftə avtobuslarda 8 milyondan çox səfər sayı qeydə alınıb

Bu həftə ərzində Bakı şəhərində müntəzəm və ekspres xətlər üzrə avtobuslarla 8 000 000-dan artıq sərnişin səfər sayı qeydə alınıb.

Bakı Nəqliyyat Agnetliyindən bidiriblər ki, bu rəqəmlər 3-7 avqust tarixlərində qeydə alınan göstəricidən təxminən 14 % çoxdur:

"Belə ki, avqustun ilk həftəsində sərnişin səfər sayı 7 000 000-a yaxın olub.

Bu həftə sərnişindaşımada bir sıra məqamlarla yadda qaldı. Həftənin ilk iş günü 3 əlavə ekspres xətt istifadəyə verildi. M8 xəttinin istifadəyə verilməsi ilə Maştağa qəsəbəsinin metronun “Gənclik” stansiyası ilə əlaqələndirilməsi təmin olundu. Pandemiya dövründə gündəlik sərnişin səfər sayında maksimal rəqəm də bu həftə qeydə alındı. 10 avqust tarixində ümumi avtobuslarla 1 684 332 sərnişin danışınıb. Bu həftə xəttə çıxan avtobusların sayı da maksimuma çatdı. İlk dəfə xəttə 2130 avtobus çıxarıldı".