27 iyul 2020 11:43
606

Bodrumda 2 milyona ev aldı - FOTO

Türkiyənin məşhur aparıcısı Burcu Esmersoy tətil üçün yollandığı Bodrumdan ev satın almaq qərarına gəlib.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, son bir həftədir aparıcı əmlakçılarla evlərə baxır. Yalıkavak istiqamətində bir ev bəyənən Burcu Esmersoy qiymətdə də razılaşıb. 

O, Bodrumdakı bağ evinə 2 milyon lirə (təxminənə 248 min manat) ödəyəcək. B.Esmersoy bildirib ki, bu cür addım atmasına səbəb dostları ilə gözəl vaxt keçirmək istəməsidir. O, oetl əvəzinə öz evində daha rahat olacağını deyib.