09 sentyabr 2019 14:38
106

Boksçumuz Avropa çempionatının yarımfinala yüksəlib

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında dörddəbir final mərhələsinin görüşləri keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin idmançısı Murad Allahverdiyev yarışın yarımfinalına vəsiqə qazanıb.

Çempionatda 81 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz yarımfinala gedən yolda belaruslu Raman Kazyankovla üz-üzə gəlib. Görüş həmyerlimizin qələbəsi ilə yekunlaşıb. M.Allahverdiyev rəqibinə 4:0 hesabı ilə qalib gəlib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Boksçumuz finala vəsiqə üçün rusiyalı İlya Boqatıryovla döyüşəcək.