10 noyabr 2019 12:22
114

Boliviyada etirazlarda 383 nəfər xəsarət alıb

Boliviyada Evo Moralesin prezident seçkilərindəki qələbəsindən sonra başlayan etiraz aksiyalarında 19 gün əzində 380-dən çox insan xəsarət alıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, etirazlar oktyabrın 20-də Boliviyada keçirilən prezident seçkilərində səslərin sayılmasından sonra başlayıb və bu günə qədər davam edir.

Ombudsmanın hesablamalarına görə, 21 oktyabr - 8 noyabr tarixləri arasında, Boliviyanın müxtəlif şəhərlərində 383 nəfər - 325 kişi və 58 qadın xəsarət alıb.

Malumatda bildirilir ki, etirazlar başlayandan polis 195 nəfəri saxlayıb.