30 yanvar 2019 19:43
146

Bolqarıstan qrip epidemiyası ilə mübarizə aparır

Bolqarıstanın bölgələri qrip epidemiyası ilə üzləşib. Bu gün Montan bölgəsində qrip epidemiyası elan olunub. Beləliklə artıq Bolqarıstanın 24 bölgəsində qrip epidemiyası elan edilib.

AZƏRTAC xəbər verir ki, Bolqarıstan ərazisində 1400 məktəb bağlanıb. Onlardan bəziləri fevralın 4-nə kimi bağlı qalacaq. Ölkənin səhiyyə naziri Kirila Ananieva epidemiyanın ən yüksək həddinin bu həftə ərzində baş tutacağı barədə bəyanat verib. Sofiya Hərbi-Tibb Akademiyasında qripə şübhəli xəstələr pulsuz müayinə olunurlar. Ölkənin tibb mərkəzləri səfərbər olublar.