20 sentyabr 2019 11:49
588

Bolqarıstanda 6 minillik tarixi olan artefakt tapılıb

Bolqarıstanın arxeoloqları ölkənin şimal-şərqində, Qara dəniz ətrafında qədim emalatxananın yerində qazıntı işləri aparan zaman keramikadan hazırlanan hamilə qadın heykəlciyinin bir hissəsini aşkar ediblər. Altı minillik tarixinin olduğu təxmin edilən heykəlciyin hündürlüyü 15 santimetrdir. Arxeoloqların fikrincə, onun tam hündürlüyü 30 santimetr olub. Artefakt qədim məhsuldarlıq Allahı ilə əlaqələndirilir.