10 avqust 2019 15:31
113

Bolqarıstanda Qərbi Nil virusu aşkar olunub

Bolqarıstanın İnfeksiya və Parazitologiya Milli Mərkəzinin direktoru, professor Todor Kantadjiyev BTV televiziya kanalına müsahibəsində ölkədə Qərbi Nil virusunun aşkar edilməsi barədə məlumat verib. O qeyd edib ki, xəstəlik 60 yaşlı qadında özünü büruzə verib. Virus nəticəsində xəstədə nevroloji problemlər yaranıb. Həkim xəstəliyin nəzarət altında olduğunu bildirib.

Qeyd edək ki, Qərbi Nil virusu əsasən ağcaqanadlar vasitəsilə yayılır.