07 fevral 2019 15:11
206

BQXK: İtkin düşmüş 775 nəfərin yaxınlarından ötən il ağız suyu nümunəsi götürülüb

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə ötən il ərzində Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş şəxslərin yaxınlarından götürülən ağız suyu nümunəsi ilə bağlı statistikanı açıqlayıb.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, itkin düşmüş 775 nəfərin yaxınlarından ötən il 2170 ağız suyu nümunəsi götürülüb.

BQXK ötən il ərzində saxlanılmış şəxslərə 88 başçəkmə həyata keçirib. Başçəkmə, saxlanılan şəxslərlə rəftarı, onların saxlanma şəraitini yoxlamağa və ailələri ilə əlaqə saxlamasına dəstək imkanı yaratmaq üçün 45 azadlıqdan məhrumetmə yerində olub.

Bundan başqa, həmin müddət ərzində saxlanmış şəxslərdən 336 Qızıl Xaç Məktubları toplanılıb və onlardan 269-u çatdırılıb. 

Qeyd edək ki, ağız suyu nümunəsi itkin düşmüş şəxslərlə bağlı gələcəkdə mümkün eksqumasiya zamanı istifadə üçün saxlanılır.