Braziliyada son sutka ərzində 561 nəfər koronavirusun qurbanı olub.
Bu barədə Braziliya Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkədə indiyədək 94 665 nəfər COVID-19 virusundan ölüb. İnfeksiyaya yoluxanların sayı 16 641 nəfər artaraq 2 750 318-ə çatıb. Bu günə kimi 1 912 319 xəstə sağalıb.
Qeyd edək ki, Braziliya koronavirusa yoluxma sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir. //Azvision.az