28 oktyabr 2020 09:44
704

Braziliyada bir gündə koronavirusa 29 mindən çox insan yoluxub

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 29 787 nəfər yoluxub.

"İki sahil" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 5 439 641 nəfərə çatıb. Ötən sutka ərzində koronavirusdan 549 nəfər ölüb, ölənlərin ümumi sayı 157 946 nəfər təşkil edir.

Bildirilir ki, ən çox yoluxma və ölüm halları ölkənin San-Paulu ştatında qeydə alınıb (1 098 207 yoluxma və 38 885 ölüm).//trend