27 iyun 2020 13:18
476

Braziliyada daha 46 860 nəfər koronavirusa yoluxub

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa daha 46 860 nəfər yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi statistik məlumatlarında deyilir.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanlarınsayı 1 274 974 nəfərə açtıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 990 nəfər ölüb.

Hazırkı dövrədək koronavirusa yoluxanlardan 55 961 nəfəri vəfat edib, 674 min nəfəri isə sağalıb.