30 yanvar 2019 19:45
139

Braziliyalı futbolçu “Neftçi”dən ayrılıb

“Neftçi” klubunun futbolçusu Dario Frederiko Cənubi Koreyanın “Daequ” komandasına transfer olunub.

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışının sonuncu günündə futbolçuya meneceri vasitəsilə başqa klubdan təklif gəlib. Daha sonra tərəflər arasında danışıqlar başlayıb. 

“Neftçi”nin tələb etdiyi kompensasiya Cənubi Koreyanı klubu tərəfindən ödənildikdən sonra braziliyalı futbolçunun keçidinə icazə verilib.