30 may 2020 10:39
899

Britaniyada avtomobil istehsalı dayandırılıb

Britaniyada avtomobil istehsalı aprel ayından, demək olar ki, dayandırılıb. Ölkədəki avtomobil istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 99,7 faiz azalıb.

Ticarətçilər Cəmiyyətinin hesablamalarına görə, 2020-ci ilin aprel ayı İkinci Dünya müharibəsindən bəri ən az avtomobil istehsal edilən ay olub. Belə ki, ümumilikdə 197 avtomobil istehsal olunub, bunlardan 45-i yerli müştərilərə göndərilib.

Təxminən 400 min avtomobilin istehsal edilməməsi ölkədə sənayenin müvafiq sahəsinə 12,5 milyard funt sterlinq ziyan vurub.