18 mart 2020 18:05
861

Britaniyada türk əsilli şəxs koronavirusdan öldü

Böyük Britaniyada yaşayan 55 yaşlı Hayri Ergönül koronavirusdan müalicə olunduğu “North Middlesex” xəstəxanasında vəfat edib. 

“Report” xəbər verir ki, məlumatı Türkiyənin NTV telekanalı yayıb.

54 yaşlı həmin şəxs astma və diabet xəstəliklərində əziyyət çəkirmiş.

Qeyd edək ki, martın 18-ə olan məlumata əsasən, Böyük Britaniyada 1 950 nəfər koronavirusa yoluxub, 71 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 170 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 204 047-yə çatıb. Bunların 82 866 nəfəri sağalıb, 8 250 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.