21 may 2019 16:45
1147

BŞİH-dən “Tarqovı”nın bağlanmasına MÜNASİBƏT

Bakı Şəhər İcra Hakimiyyəti mayın 25-dən 31-nə qədər “Tarqovı”ya yerli sakinlərin buraxılmamasına münasibət bildirib.

Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov Trend-ə bildirib ki, bu barədə mətbuatda verılən məlumatlar həqiqətə uyğun deyildir və hər hansı məhdudiyyət tətbiq edilməyib:

"Belə məlumatlar şəbəkə təxribatı xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyunudur. Onu hamı sevir və hər hansı məhdudiyyət yol verilməzdir. əksinə həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək".