11 oktyabr 2019 13:31
69

BSU-da fləşmob: Qarabağ Azərbaycandır!

Oktyabrın 11-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin, YAP-ın Nəsimi rayon təşkilatının təşəbbüsü və Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevanın dəstəyi ilə tələbələr fləşmob keçiriblər.

BSU-dan bildirilib ki, fləşmobda tələbələr “Qarabağ Azərbaycandır!” şüarını nümayiş etdiriblər.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edərkən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir daha öz qəti və prinsipial mövqeyini dünya ictimaiyyətinə çatdırıb. Dövlət başçımız xalqımızın milli maraqlarını və Azərbaycanın ərazi bütövlüyünü ifadə edərək demişdir: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Ölkə Prezidentinin bu ədalətli və prinsipial mövqeyini xalqımız yüksək səviyyədə dəstəkləyir.