22 yanvar 2020 11:35
1616

Bu adada ölmək qadağandır - FOTO

Dünyadakı ən şimal yaşayış yeri Svalbard

“İki sahil” xəbər verir ki, Norveçin şimal sahilində Qütb nöqtəsinə ən yaxın məsafədə yerləşən Svalbard bir qrup adalardan ibarət olması özəlliyi ilə seçilir.

Dünyanın ən şimal nöqtəsi olan Longyearbyen şəhərinin də yer aldığı Svalbardın çox maraqlı qadağaları var. Svalbard adalarında yerləşən Longyearbyendə 2000 insan yaşayır.

Svalbardda ilin çox hissəsində dondurucu temperaturda üstünlük təşkil edir. Havanın mənfi dərəcədən yuxarı qalxmadığı Svalbardakı yaşayış və qidalanmanın əsas mənbəyi balıqdır. Burada yaz aylarında ölçülən maksimum temperatur 6 dərəcəyə çata bilər.

Normal şəraiti olmayan Svalbarddakı qaydalar da buna uyğun qurulur. Buna görə, adada ölmək qadağandır, çünki iqlim Svalbardda dəfn edilməsinə icazə vermir!

Ölüm hadisələri baş verəndə dəfnlər Norveçin materik hissəsində aparılır. Adadakı ağır xəstələr də Norveçə aparılır.

Svalbardda digər maraqlı bir qayda odur ki, qəsəbəni də daxil olmaqla hər yerdə silahlı olmalısan. Qütb ayılarının təbii yaşayış yerləri olduğu bölgədə mümkün hücumlardan qorunmaq üçün hər kəsin yanında silah gəzdirməsi vacibdir.