16 may 2019 15:25
82

Bu ərazilərdə rənglənmə işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı şəhəri, Mərdəkan yol qovşağından Heydər Əliyev adına Beynəlxalq hava limanı yol qovşağına kimi, həmçinin Fətəli xan Xoyski küçəsində axşam saatlarınadək üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "İki sahil"ə məlumat verilib. 

Məlumatda sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.