12 fevral 2019 12:41
1830

Bu gün Türkiyədə Xocalı Parkı açılacaq

Bu gün Türkiyənin Kahramanmaraş şəhərində Xocalı Parkının açılış mərasimi keçiriləcək. Parkın salınması Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərin tərkib hissəsidir.

Açılış mərasimində rəsmi şəxslər, diplomatlar, Türkiyə ictimaiyyətinin nümayəndələri, yerli sakinlər iştirak edəcəklər.