30 sentyabr 2020 16:51
906

Bu günədək koronavirusa yoluxan şagirdlərin sayı açıqlandı

İndiyədək 310 şagird koronavirusa yoluxub, bu şagirdlərdən biri məktəbdə, qalanları ev daxilində yoluxub.

"İki sahil"-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, indiyədək məktəb daxilində şagirdlər arasında kütləvi yoluxma halı baş verməyib: " Amma müəllimlər araslnda Qubanın Qanqan kəndində Sumqayıtdan gələn bir müəllim digər müəllimlərə yoluxdurub".

E.Əmrullayev qeyd edib ki, sentyabrın 15-dən qismən tədrisin bərpasına başlanılıb. 5-11-ci sinif şagirdləri onlayn dərslərə qoşulublar.

Nazir qeyd edib ki, 700-dən artıq könüllü məktəbdəki proseslərin icrasına qoşulub, uşaqların hərarəti ölçülür.