06 sentyabr 2019 12:30
832

Bu hərəkətinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib

Ukraynada maraqlı məhkəmə işi yekunlaşıb. AZƏRTAC xəbər verir ki, Vinnitsa şəhər məhkəməsi pişiyinə qarşı amansız davranışa görə 50 yaşlı kişi barəsində 5 il müddətinə həbs qətimkan tədbiri seçib.

Məhkəmə prosesi zamanı məlum olub ki, 2019-cu ilin mayında həmin şəxs pişiyi yaşadığı evin beşinci mərtəbəsindən atıb. Bundan sonra pişiyin ölmədiyini görən ev sahibi onu asfalta bir neçə dəfə çırparaq öldürüb.

Məhkəmə pişiyə qarşı qəsdən amansız davrandığına görə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçib.