08 avqust 2019 11:06
216

Bu il həcc ziyarətinə 1,8 milyon zəvvar gəlib

Səudiyyə Ərəbistanının baş pasport-viza xidməti xarici ölkələrdən zəvvarların həcc ziyarətinə gəlməsi prosesinin başa çatdığını bəyan edib.

AZƏRTAC xəbər verir ki, Krallığın baş pasport-viza xidmətinin baş direktoru Süleyman ibn Əbdül Əziz əl-Yahya mətbuata açıqlamasında bildirib ki, 2019-cu ildə həcc ziyarətinə xaricdən gələn zəvvarların sayı 1 838 339 nəfərə çatıb. Onun sözlərinə görə, zəvvarlardan 1 725 455 nəfəri hava, 95 634-ü avtomobil və 17 250-si dəniz yolu ilə ölkəyə daxil olub.