16 may 2019 21:55
250

Bu il Misirdə işsizliyin səviyyəsi azalıb

Bu il Misirdə işsizliyin səviyyəsi ötən illə müqayisədə azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Misir Mərkəzi İctimai Səfərbərlik və Statistika Agentliyinin bəyanatında yer alıb. Sənəddə deyilir ki, 2019-cu ilin birinci rübündə ölkədə işsizliyin səviyyəsi azalıb və 2018-ci ilin birinci rübündəki 10,6 faizlə müqayisədə 8,1 faiz təşkil edib. 2018-ci ilin dördüncü rübündə işsizliyin səviyyəsi 8,9 faizə bərabər olub.

Ötən ilin birinci rübündə 3,094 milyon işsiz qeydə alındığı təqdirdə, 2019-cu ilin birinci rübündə işsizlərin sayı 2,267 milyona bərabər olub.