16 sentyabr 2019 17:28
619

Bu il Naxçıvanda 200, Bakıda 140 yerlik məktəbəqədər təhsil müəssisələri istifadəyə verilib

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin 2019-ci ilin yanvar-avqust ayları üzrə statistik hesabatında əks olunub.

Hesabatda bildirilir ki, bu müddət ərzində Bakı şəhərində 140 yerlik məktəbəqədər təhsil müəssisəsi, eləcə də digər əhəmiyyətli obyektlər istifadəyə verilib.