23 fevral 2020 18:32
1270

Bu il Ukrayna sularında 85 nəfər həlak olub

2020-ci ilin əvvəlindən Ukrayna sularında 85 nəfər həlak olub.

Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, Ukrayna sularında həlak olanların 7 nəfəri uşaqdır. Həlak olma faktlarının əksəriyyəti insanların donmuş göllərdə təhlükəsizliyə əməl etməmələri olub.

Dövlət Xidməti əhalini təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb. //AZƏRTAC