27 yanvar 2021 02:35
766

Bu klipin yayımını dayandırmaq tələb olunur

Meqastar Tarkan "O səs Türkiyə rep" yarışmasının münsif kürsüsündə oturan Murdanı məhkəməyə verib.

"İki sahil" bildirir ki, buna səbəb Murdanın 7 ay əvvəl əvvəl "Neynirsən" adlı mahnısına çəkilən klipində montajla Tarkanın görüntüsündən istifadə etməsidir. Belə ki, o, ekran işində Tarkanın başını öz bədəninə montaj etdirib. Bunu görən meqastarın komandası Murda ilə əlaqə yaradaraq klipin yayımını dayandırmağı tələb edib. Əks halda onu məhkəməyə verəcəklərini bildiriblər.