06 noyabr 2019 09:41
91

Bu küçədə kommunikasiya xətlərini yenilənir - XƏRİTƏ

10 noyabr tarixindən etibarən Səbail rayonu Abbasqulu Abbaszadə küçəsində aparılan yenidənqurma işləri çərçivəsində kommunikasiya xətlərinin yenilənməsi işlərinə başlanılır. Kommunikasiya xətlərinin yenilənməsi aidiyyəti qurumlar tərəfindən sözügedən küçənin Badamdar şossesi ilə kəsişməsindən Bakı Oxford Məktəbinə qədər olan hissəsində aparılacaq.

AAYDA-dan “İki sahil”ə verilən məlumata görə, kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlar işlərin qısa müddətə yekunlaşdırılmasının nəzərdə tutulduğunu bildiriblər.

İşlərin aparıldığı müddət ərzində Abbasqulu Abbaszadə küçəsində sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.