29 yanvar 2020 11:45
986

Bu məhsulun ixracına rüsumlar tətbiq ediləcək

"2020-ci ildə yerli istehsal müəssisələrinin tələbatının ödənilməsi məqsədilə ölkədən çıxarılan mis xammalına ixrac rüsumlarının tətbiq edilməsi məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Qərar layihəsi hazırlanmış və təsdiq edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib".

"İki sahil" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Report" informasiya agentliyinə müsahibəsində deyib. 

O, həmçinin qeyd edib ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanına əsasən ölkədə ağır sənaye və maşınqayırmanın inkişafı ilə əlaqədar Sumqayıt, Neftçala, Hacıqabul və digər sənaye parklarında, həmçinin Mingəçevir Yüksək Texnologiyalar Parkında qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslər tərəfindən yaradılmış müəssisələrin istehsal gücləri artdıqca, daxili tələbatın ödənilməsi nəzərə alınaraq gömrük-tarif tənzimlənməsi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.