23 yanvar 2021 05:54
557

Bu ölkə daha bir yarışdan məhrum edildi

Bu il müasir pentatlon üzrə dünya çempionatı Belarusda təşkil olunmayacaq.

"İki sahil" xəbər verir ki, ölkə 7-13 iyunda Minskdə planlaşdırılan yarışı keçirmək hüququndan məhrum edilib.

Müvafiq qərar Belarusdakı siyasi hadisələrlə əlaqədar qəbul olunub. Bildirilib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarış eyni tarixdə, amma başqa ölkədə təşkil olunacaq. Qeyd edək ki, Belarus daha əvvəl büzüstü xokkey üzrə dünya çempionatını keçirmək hüququndan məhrum edilib.