28 yanvar 2021 15:55
1090

Bu ölkə tullantıları emal etməklə 2,3 milyard dollar qazanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın himayəsi altında 2017-ci ildə bu ölkənin  Ətraf Mühit və Şəhərsalma Nazirliyinin başlatdığı "Sıfır Tullantı Layihəsi" çərçivəsində keçən ilin sonuna qədər 17 milyon ton təkrar emal edilə bilən tullantı toplanıb və bundan  17 milyard lirə (2,3 milyard dollar) əldə edilib.

“İki sahil” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Dünya Bankının hesabatlarına görə,  illik 1,3 milyard ton olan məişət tullantılarının 2025-ci ildə 2,2 milyard tona çatması gözlənilir.

Türkiyədə 2023-cü ildə məişət tullantıları miqdarının 38 milyon tona çatması gözlənilir. 2023-cü ildə bu istiqamətdə 100 min adamın məşğulluğunun təmin edilməsi, illik  20 milyard lirəlik (2,7 milyard dollar) gəlir və 400 min binada sıfır tullantı idarəetmə sisteminin qurulması hədəflənir.