10 yanvar 2020 14:57
214

Bu rayonlarda "quş qripi" ilə bağlı monitorinqlər aparılacaq

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi , Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı , Ekologiya və Təbii Sərvətlər,  Səhiyyə nazirliklərinin əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisini yüksək patogen "quş qripi"ndən qorumaq məqsədilə xəstəliyə qarşı 13–17 yanvar tarixlərində növbəti epizootoloji monitorinqlər keçirəcək.

Qurumdan "İki sahil"ə bildirilib ki, monitorinqlər çöl quşları arasında Abşeron yarımadasını, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli park və təbiət qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarının ərazilərini əhatə edəcək.

Eyni zamanda, həmin müddətdə Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı sənaye əsaslı iri quşçuluq müəssisələrində, həyətyanı və kiçik həcmli kommersiya tipli quşçuluq təsərrüfatlarında da seroloji monitorinqlərin keçirilməsi nəzərdə tutulub.