01 dekabr 2020 19:00
980

Bu tarixi faktlar düzgün deyilmiş...

Bəşəriyyət tarixində bəzi məqamlar mübahisəli bir mövzu olaraq qalacaq. Bu məqalədə tarixi şəxsiyyətlər ilə bağlı doğru olmayan məlumatları təqdim edirik.

Magellan bütün dünyanı dövr edib

Hamıya məlumdur ki, Magellan bütün dünyanı dövr edib və Filippin sahillərində öldürülüb. Əslində Magellan səyahətinin yalnız yarısını həyata keçirə bilib. Onun başladığı səyahəti köməkçisi Xuan Sebastiyan sona çatdırıb.

Napoleon Bonapartın boyu qısa idi

Tarix boyu yayılan miflərdən biri də Napoleon Bonapartın boyunun qısa olması olub. Əslində isə imperatorun boyu 170 sm idi.

Vinsent Van Qoqun qulağının kəsilməsi

Deyilənlərə görə, məşhur rəssam Vinsent Van Qoq sevdiyi qadına görə, qulağını kəsmişdi. Lakin söylənilən bu fərziyə təsdiqini tapmamışdır. Tarixçilərin uzun illər apardığı araşdırmalar nəticəsində müəyyən olmuşdur ki,  dəlisov rəssam qulağının yalnız balaca bir parçasını kəsmişdi.

Roma yanarkən İmperator Neron skripka çalırdı

Bir çox tarix kitablarında yazılır ki, e.ə. 64-cü ildə Roma İmperatoru Neron Roma şəhərini yandırıb və Roma yanarkən də o, skripka çalırmış. Ancaq bu, mümkün deyil. Çünki skripka Nerondan düz 1600 il sonra icad olunub. Həm də Roma yanarkən Neron Romada yox, ondan 30 mil uzaqlıqda olan malikanəsində olub.

Mickey Mouse personajı Walt Disney tərəfindən icad olunaraq dizayn edilmişdir

Bir çoxumuz Mickey Mouse personajının Walt Disney tərəfindən yaradıldığını düşünürük. Lakin məşhur siçanı o zamanlar studiyada çalışan Ab İverks icad etmişdir.

Avropaya kartof və tütünü Volter Reyl gətirib

Deyilənlərə görə, Volter Reyl Avropaya kartof və tütünü gətirib.Lakin iddia olunduğu kimi, kartof və tütünü Avropaya ilk gətirən Volter Reyl olmayıb. O, 1586-cı ildə İngiltərəyə ilk dəfə kartof gətirsə də, 1585-ci ildə İspaniyada kəndlilər əkdikləri ilk kartofu yığmağa başlamışdılar. Tütün isə 1560-cı ildə fransız Jan Nikot tərəfindən Avropaya gətirilib. Məhz bu səbəbdən nikotin sözü onun familiyasından götürülüb.

Tomas Edison lampanı icad etmişdi

Uzun illər ərzində söylənilən fərziyyələrin  biri də lampanın yaranma tarixi ilə bağlı olub. İddia edilirdi ki, lampa məhz Toma Edison tərəfindən icad olunub. Lakin bu fərziyələr təsdiqini tapmayıb.Əslində , Tomas Edison lampanın uzun müddət ərzində yanmasına imkan verən bir üsulu təklif edib.

Kral İohan azadlıq barəsində tərtib olunan  sənədi imzalayıb

Kralın səlahiyyətlərini məhdudlaşdıran məşhur azadlıq xartiyası İngiltərədə demokratiya yolunun başlanğıcı demək idi. O, dövrə aid olan  bir çox rəsm əsərlərində Kral İohanın xartiyanı həvəssiz bir şəkildə imzaladığı təsvir olunub. Əslində isə Kral İohan yazıb-oxuya bilmirdi. Bu səbəbdən də onun hər hansı bir sənədi imzalamasını iddia etmək düzgün sayılmaz.  Həm də arxivdə saxlanılan xartiyaların 4 nümunəsinin dördündə də yalnız möhür var və  heç bir imza yoxdur.

Kapitan Ceyms Kuk Avstraliyanı kəşf edib

1770-ci ilə kimi Ceym Kukdan əvvəl, hollandiyalı səyyahlar Avel Tasman, Dirk Xartoq və ingilis dəniz qulduru Vilyam Dampir Avstraliya qitəsində olublar. Həm də bu qitə 50000 il bundan əvvəl yerli aborigen sakinləri tərəfindən onsuz da kəşf olunmuşdu. Sadəcə olaraq, Kuk buranın yeni bir qitə olduğunu deməklə Avstraliyanı kəşf edən səyyah adını alıb.

Hamlet Şekspirin təxəyyülünün məhsuludur

Vilyam Şekspir bəşər tarixinin ən məşhur dramaturqlarından biri sayılır. Ancaq onun bəzi əsərlərinin mövzusu iddia edildiyi kimi, ona məxsus olmayıb. Belə ki, Şekspir məşhur “Daniyalı Şahzadə Hamletin faciəsi” pyesini skandinav əfsanəsi əsasında yazıb.

Amerika 4 iyun 1776-cı ildə müstəqillik əldə edib

Bu belə deyil. Düzdür, bu tarixdə Müstəqillik Bəyannaməsi imzalanıb. Ancaq bu müstəqillik uğrunda müharibə daha 7 il davam edib, yalnız 3 sentyabr 1783-cü ildə Amerika ilə ingilis kralı III Georq arasında sülh sazişi imzalanıb.

Ümumdünya cazibə qanununun icadı

Məşhur ingilis fiziki İsaak Nyutonun icad etdiyi cazibə qanununa görə,təbiətdə olan bütün cisimlər bir-birini qarşılıqlı olaraq cəzb edirlər. Lakin cazibə qanunu ilə bağlı uzun illər ərzində söylənilən və ən əsası düzgün olmayan bu məlumatı mütləq qeyd etmək lazımdır.  Deyilənlərə görə, məşhur fizikin  bu qanunu icad etməsinə yardımçı olan  başına düşən alma olub. Lakin bu məlumatlar doğru deyil. Əslində ağacın altında oturan fizikin alma başına deyil, sadəcə yanına düşərək parlaq bir fikirin yaranmasına səbəb olub.

Kleopatranın misirli olması

Tarix boyu söyləniyən yalanlardan biri də Kleopatranın misirli olması olub. Əslində o, Makedoniyalı Ptolemey sülaləsinə aid olub. Kleopatra ilə bağlı düzgün olmayan digər məlumatlardan biri də odur ki, bu xanım heçdə gözəl bir qadın olmayıb və onun misilsiz gözəlliyi haqqında yayılan məlumatlar sadəcə bir mifdir.

 

Samirə Tağıyeva, “İki sahil”