13 fevral 2019 11:52
119

Bu yağ təhlükəlidirmi?

Bəzi mənbələr palma yağının  ürək və damar sistemi  üçün həddindən artıq zərərli olduğunu bildirirlər, bəziləri isə bunun özünəməxsus dəyərləri olan adi yağ hesab edirlər. Digərləri  bu yağın əksinə xeyirli olduğunu bildirir.

Bu məhsul tropik ölkələrdə istehsal olunur və yeganə bitki yağıdır ki, bərk halda olur. Bildiyimiz kimi təmiz kərə yağı bahalı olur və insanlar artıq bitkidən bərk yağ əldə etməyin üsulunu tapıblar. Lakin belə üsullar transyağların meydana çıxmasına gətirib çıxarır ki, bu da öz növbəsində sağlamlığa ciddi zərər yetirir.

Hazırda kərə yağlarına əvəz olaraq palma yağları satışa çıxarılır. Tədqiqatçıların fikirlərinə görə, palma yağı transyağlar kimi sağlamlığa zərər yetirir.

Bəs təbiətdən gələn bir nemət niyə ziyanlıdır? Hələ ki bu, tam şəkildə aydınlaşdırılmayıb, lakin kərə yağından fərqli olaraq palma yağlarının tərkibi   olein turşusundan ibarətdir. Kərə yağında da bu turşular var, lakin kərə yağında onların miqdarı azdır. Alimlər hesab edirlər ki, bu komponentin artıq olması damarların və ümumilikdə orqanizmin işini pozur.

İstehsalçılar kərə  yağlarını ucuz “palma" yağlarına dəyişirlər. Günümüzdə palma yağından kərə yağı və süd məhsulları hazırlanır. Bəzən məhsulların üzərində  palma tərkibli yağın olması haqqında məlumat yazılır, bəzi hallarda isə yazılmır.

Palma yağı sağlamlıq üçün təhlükəlidirmi?

Bu yaxınlarda mütəxəssislər bu mövzu haqqında 48 tədqiqatı gözdən keçiriblər. Palma yağının xeyirli olması haqqında 9 məqalə aşkarlayıblar.

Mütəxəssislər qeyd ediblər ki, palma yağından istifadə edən 23 ölkədə ölüm halları və ürək xəstəlikləri həddindən artıq artıb. Bundan başqa, məlum olub ki, palma yağından istifadə qanda “pis" xolesterinin artmasına səbəb olur.

2003-cü ildə palma yağının zərərli olduğu haqqında fikir irəli sürülsə də  onun istehsalı iki dəfə çoxalıb. İstehsalçılara məhsulun üzərində onun tərkibinin qeyd olunması bildirilsə də, cəhdlər hələ ki boşa çıxır.