31 may 2020 16:41
967

Bu yolda hərəkət qısamüddətlik məhdudlaşdırılır - DİQQƏT!

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abşeron rayonu, Saray qəsəbəsi Heydər Əliyev prospektində 1 iyun tarixində səhər saatlarından hərəkət qısamüddətlik məhdudlaşdırılacaq.

"İki sahil" xəbər verir ki, bu səbəbdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.