06 oktyabr 2020 20:17
3547

Bu yollarda ehtiyatlı olun...

Bu gün dünyanın istənilən nöqtəsinə avtomobil ilə səyahət etmək mümkündür. Lakin yollar arasında çox təhlükəli olanları da var.

Belə təhlükəli yolları  təqdim edirik:

Passage Du Gois- Fransa

Körfəz üzərində yerləşən bu yol gün ərzində 2 dəfə su çəkildiyi zaman aktiv olur. Günün qalan hissəsində isə bu yol 4 metr su altında itir.

Səmaya aparan qatar- Argentina (Tren a las Nubes)

Tren a las Nubes "səmaya aparan qatar" kimi tərcümə olunan 217 km-lik bu dəmir yolu 21 tunel,42 körpü,2 spiral və 2 ziqzaq yoldan ibarətdir. Dünyanın ən təhlükəli dəmir yolunda qatar bəzən o qədər yüksəkliyə qalxır ki,sərnişinlər özlərini sanki buludların arasında hiss edirlər.

Boliviada Şimali Yungas yolu

 Bu yolun  hündürlüyü 4,650m-dir. Dünyanın ən təhlükəli yolu olan Yungas, 90-cı illərə qədər alternativi olmayan və keçilməsi zəruri bir yol idi. Daha sonra fərqli yollar inşa edildi və bu gün bu yol yalnız həyatının macərasını yaşamaq istəyən sürücülər tərəfindən seçilir. Sıx meşənin içərisindən qıvrılaraq  4.650 metr  hündürlüyə qalxan  bu yol həddindən artıq dardır. Yolda sürücülərin tam mənasıyla gözlərini dörd açmaları lazımdır.

Ölüm yolu vadisi- ABŞ

Ölüm yolu vadisi ABŞ-ın Kaliforniya ştatının ən isti yerlərindən biri kimi tanınır. Təhlükəli yol Boliviyada yerləşir və onun uzunluğu 70 kilometr, eni isə 3.2 metrdir. Ölüm yolu kimi tanınan bu vadi təhlükə səviyyəsinə görə dünyada 3-cü yeri tutub. Bu yol paytaxt olan La-Pas və Koroyko şəhərlərini birləşdirən yeganə yoldur. 2013-cü ilin iyun ayının 30-da burada 54 dərəcə isti qeydə alınıb. Çox maraqlı faktlardan biri odur ki, noyabr ayından başlayaraq marta qədər burada tropik yağışlar yağır və duman yolu tamamilə bağlayaraq, keçən avtomobil və yük maşınlarının hərəkətini iflic edir.Hər il burada 150-200 insan həlak olur.Lakin bu təhlükəyə baxmayaraq, "Ölüm yolu" bir çox turistlərin marağına səbəb olur.Adrenalin həvəskarları buraya gəlib velosiped sürürlər.Deyilənlərə görə, 1998-ci ildə təhlükə saçan bu yolda 18 velosipedçi həlak olmuşdu.

"Trol Pilləkəni"- Norveç

"Trol Pilləkəni" olaraq bilinən Trollstigen Norveçdə olan bir dağ yoludur. Turistlərin marağını çəkən dar yol iti virajlara sahibdir. Son illərdə genişləndirilməsinə  baxmayaraq, 12,4 metrdən çox uzunluğa sahib olan nəqliyyat vasitələrinin yola girməsi qadağandır. Ən yuxarıda ziyarətçilərin öz avtomobillərini etibar edə biləcəkləri bir avtopark var. O nöqtədən etibarən 10 dəqiqəlik bir yürüşdən sonra yolu və Stiqfossen şəlaləsini ehtiva edən müdhiş bir mənzərə ilə qarşılaşırsınız.

Aqueduct Veluwemee yolu-Niderland

2002-ci ildə bütün dünya, Aqueduct  Veluwemee adlı körpüyə heyran qaldı. Niderlandı Flevoland-a  bağlayan yolun bir qismi gölün altında qalır. Kiçik gəmilərin keçməsinə icazə verən 3 metr dərinliyi olan yolun su altında qalan hissəsindən gündə təxminən 28 min avtomobil keçir. Verilən bu qərarla həm quruda, həm də dənizdə meydana gələ biləcək tıxacın qarşısı alınıb.Sonunda isə xəyal edilən yol salındı və istifadəyə verildi.

Patiopoulo Perdikaki yolu- Yunanıstan

Dünyanın ən təhlükəli yollarından biri olan Patiopoulo Perdikaki yolu yağışlı havalarda daha da qorxulu olur. Maraqlısı isə odur ki, bu yolda təhlükəni azaltmaq üçün heç bir tədbir görülməyib. Kəskin döngələri olan bu yolda avtomobili olduqca diqqətli idarə etmək lazımdır. Yoxsa maşın uçurumdan aşağı yuvarlana bilər.

Tibet şosesi- Çin

Kəskin döngələri ilə diqqət çəkən Sichuan – Tibet şosesi çox gözəl bir mənzərəyə sahibdir. Bu yolun təhlükəli tərəfi ondan ibarətdir ki, avtomobillərin üzərinə hər an qaya parçası düşə bilər.

Samirə Tağıyeva, "İki sahil"