17 may 2019 12:13
124

Bu yollarda təmir və rənglənmə işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə mayın 17-si səhər saatlarından etibarən Bakı-Quba-Rusiya yolunun 10-50 kilometrlik hissəsində nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işlərinə başlanılıb.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, təmir axşam saatlarınadək davam edəcək.

Bundan başqa, axşam saatlarınadək Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq hava limanından Mərdəkan yol qovşağına kimi yolun hər iki istiqamətində, axşam saat 22:00-dan səhər saatlarınadək isə Həsənoğlu küçəsi, Heydər Əliyev mərkəzinin yan yolu, Xətai prospektində və Sabunçu Dəmiryolu stansiyasının qarşısı ilə Sabunçu ticarət mərkəzinin yanında da üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən sürücülərdən qeyd edilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.