02 iyun 2020 11:22
866

Buffon daha bir il “Yuventus”da

“Yuventus”un qapıçısı Canluici Buffon klubla yeni müqaviləni razılaşdırıb.

"İki sahil" xəbər verir ki, 42 yaşlı qapıçının klubla daha bir mövsüm üçün müqavilə imzalayacağı bildirilir.

Xatırladaq ki, qapıçı 2001-ci ildən “Yuventus”un şərəfini qoruyur. Bu illər ərzində canlı əfsanə yalnız 2018/2019-cu illər mövsümünü PSJ-də keçirib.