18 aprel 2019 17:39
1144

Bulvar ərazisinə giriş bağlanacaq

26-28 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar aprelin 24-dən etibarən dənizkənarı bulvar ərazisinə giriş bağlanacaq.

"İki sahil" xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai bu gün keçirilən tədbirdə deyib.

N.Arpadarai bildirib ki, aprelin 25-dən etibarən Formula 1-ə bileti olan şəxslər bulvar ərazisinə daxil ola biləcəklər.

Onun sözlərinə görə, aprelin 25-dən etibarən yarışla bağlı bulvarda əyləncə proqramları başlayacaq: "Bulvar ərazisinə giriş aprelin 29-dan açılacaq".