09 aprel 2020 19:22
1116

Bundesliqa klubu yeni baş məşqçisini açıqladı

Almaniyanın "Herta" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Report" Budesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda Bruno Labbadiaya həvalə olunub.

66 yaşlı yerli mütəxəssislə müqavilənin müddəti mövsümün sonuna qədərdir. Onun növbəti həftənin ilk günündən yeni işinə başlayacağı və komandanı məşqə çıxaracağı bildirilib.

"Herta" 25 turdan sonra 28 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, Bruno Labbadia daha əvvəl Almaniyada "Bayer", "Hamburq", "Ştutdqart" və "Volfsburq" klublarına başçılıq edib.